top
Prezident İlham Əliyev Cozef Baydeni təbrik edib
04 iyul 2024, 00:35
- +

Prezident İlham Əliyev Cozef Baydeni təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib. Bu barədə 4 iyul tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.

"Hörmətli cənab Prezident,

4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq edib. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk.

Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz, eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq.

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.

Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.

İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:08

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Bütün Xəbərlər
Bu gün, 12:08

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 10:48

Bakıda velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişməsində təhlükə: Sərnişinlər və sürücülər risk altındadır

Bütün Xəbərlər
Bu gün, 09:33

Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün Xəbərlər
Bu gün, 09:31

Əfsanəvi Ceki Çan film çəkilişləri üçün Bakıya gəlib

Bütün Xəbərlər
01 avqust 2026, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
01 avqust 2026, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
01 avqust 2026, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
01 avqust 2026, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
01 avqust 2026, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
01 avqust 2026, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
01 avqust 2026, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
31 iyul 2026, 21:55

Bu yollar 2 gün bağlı olacaq

Bütün Xəbərlər
31 iyul 2026, 18:02

AAAF Park Yaşayış Kompleksində antisanitariya - Sakinlər narazıdırlar + VİDEO

Bütün Xəbərlər
31 iyul 2026, 17:51

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Bütün Xəbərlər
31 iyul 2026, 16:31

DİM rəhbəri: "Bir sıra aqrar ixtisaslar üzrə 150 balla dövlət sifarişli yerlərə qəbul mümkündür"

Bütün Xəbərlər
31 iyul 2026, 16:23

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - FOTO

Bütün Xəbərlər
31 iyul 2026, 16:06

Məleykə Abbaszadə: "150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq"

Bütün Xəbərlər
31 iyul 2026, 16:02

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün Xəbərlər
31 iyul 2026, 15:44

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bütün Xəbərlər
31 iyul 2026, 15:15

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bütün Xəbərlər
31 iyul 2026, 13:45

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bütün Xəbərlər
31 iyul 2026, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
31 iyul 2026, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Oxşar xəbərlər