Ağdam, Füzuli, Cəbrayılın minalarla çirklənmə səviyyəsinin dünyada analoqu yoxdur. Tamamilə dağıdılan ərazilərin bərpası böyük prosesdir. Bunu dekabrın 24-də Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan azad edilən ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə əsasən, 30 il ərzində düşmənin törətdiyi vandalizm aktlarının misli görünməmişdir: “Digər dövlətlərin də münaqişələrində dağıntılar olub, lakin hansısa şəhərin yer üzündən silinməsi miqyası olmayıb”.
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, hazırda bərpa işlərini sistemli və mərhələli şəkildə aparmaq üçün innovativ layihələr həyata keçirilir.
Bundan əvvəl Emin Hüseynov Ağdamdakı minaların sayından danışmışdır.