Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə 26 sentyabr tarixində Report xəbər verib.
Məhkəmə Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilib. Prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt verib.
A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin “mənimsəmə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “təkrar, külli miqdarda rüşvət alma” maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.