Bakıda qətl törətməkdə təqsirləndirilən taksi sürücüsünün məhkəməsi başlayır. Bu haqda martın 12-də Report məlumat yayıb. Sərxan Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə ötən ilin sentyabr ayında Qaradağ rayonunda baş verib.
Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı taksi sürücüsü 23 yaşlı şəxsi öldürüb, onun qardaşına isə bıçaqla xəsarət yetirib.