Qəbələ rayonunda intihar hadisəsi baş verib. Bu barədə 14 sentyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Zarağan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Elşən Elxan oğlu Abdurrəhmanov yaşadığı evin həyətində özünə qəsd edib.
Məlumata görə, o ailəli olub, 3 övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.