Qadınları aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxsə hökm oxunub. Zaqatala rayon sakini Sevinc Durmuşova 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda dekabrın 27-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, cinayətkar Azərbaycan vətəndaşları olan qadınları yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq İstanbul şəhərinə aparıb.
Faktla bağlı “insan alveri” maddəsi ilə cinayət işi başlanmışdır.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycanda cari ilin 6 ayı ərzində insan alveri ilə bağlı 120 cinayət hadisəsi qeydə alınıb.