top
“Qadınların kişidən asılılığı azaldıqca hedonist oldular” – Üzeyir Şəfiyevlə MÜSAHİBƏ
14 fevral 2025, 09:05
- +

“Qadınların kişidən asılılığı azaldıqca hedonist oldular” – Üzeyir Şəfiyevlə MÜSAHİBƏ

“Qadınların kişidən iqtisadi asılılığı azaldıqca daha eqoist, hedonist və sərbəst həyat yaşamağı arzuladılar”.

Bu sözləri Bakuplus.az-a yeni nəslin ailə institutu ilə bağlı müsahibəsində sosioloq Üzeyir Şəfiyev deyib.

Onunla müsahibəni təqdim edirik:

– Üzeyir bəy, gələcəyin ailə institutu necə görünür?

– Hazırda 30 il əvvəlki ənənəvi ailə modelindən qlobal açıq cəmiyyətə inteqrasiya olunmuşuq. Bu gün klassik ailə dəyərləri ilə müasir ailə tərzləri arasında mübarizə gedir. Şübhəsiz ki, bu mübarizədə Qərbin öz təsirləri var. Bu təsirlərdə əsas məqsəd Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsasını sarsıtmaqdır. Ona görə ailələri hədəf götürüblər. Saytlar, televiziya verilişləri ilə şüuraltı fikirlər ötürürlər.

Bəlli bir müddətdən sonra ailə strukturunda ciddi dəyişikliklər olacaq. İndi də yeniliklər özünü göstərir. Məsələn, əvvəllər mürəkkəb ailələr (baba və nənənin olduğu) üstünlük təşkil edirdi. Amma indi sadə ailələr (yalnız oğlan və qız) yaranmağa başlayır. Böhran vəziyyətində böyüklərin müdaxiləsi, köməkliyi, məsləhəti olmadıqca boşanmaların sayı daha da artacaq. Statistikaya baxanda boşanmalar içərisində təkcə gənclər yox, orta nəsildə də artım müşahidə olunur. Yəni artıq düşüncələrdə baş verən dəyişikliklər orta nəslə də təsir göstərir.

– Gənc ailələrin tək yaşamaq arzusu nədən yaranır?

– Çünki indiki gənclərin əksəriyyəti, xüsusilə qadınlar hedonist (zövqü və əyləncəni əldə etməyi əsas həyat məqsədi kimi qəbul edənlər) bir həyata meyilləniblər. Qadınlar əvvəl iqtisadi fəal kütlə deyildi, məşğul əhalidə faizi az idi. Lakin bu dəyişdikcə, qadınların kişidən iqtisadi asılılığı azaldıqca daha eqoist, hedonist və sərbəst həyat yaşamağı arzuladılar. Düşünürlər ki, kişidən iqtisadi asılılığı yoxdursa, özü ayaqlarının üstündə durmağı bacarırsa, niyə köhnə təfəkkürlü kişinin kaprizlərini çəksin. Bunun nəticəsində 1-2 uşaq dünyaya gətirdikdən sonra boşanmağı çıxış yolu, azadlıq kimi görürlər. Daha sonra öz hedonist həyatlarını sürməyə başlayırlar. Belə bir tendensiya başlayıb və getdikcə yayılır.

– Keçmiş zamanlarda ailələrin əksəriyyəti böyüklərin seçimi ilə qurulurdu. Amma indi isə elə deyil…

– Bəli, o zaman ailələr ağsaqqal və ağbirçəklərin sözü ilə qız alıb, oğul evləndirirdilər. Amma indi bütün seçim gənclərə verilib. Buna görə bəzən uğurlu alınır, bəzən uğursuz. Ailə dayanıqlığı kövrək olur. Çünki açıq etiraf edək ki, böyüklərin ailə böhranına müdaxiləsi azalıb. Ona görə evliliyin 3-4-cü ilindən sonra böhran başlanır və gənclər özləri münasibəti düzəldə bilmirlər. Boşanmağı çıxış yolu görürlər.

– Ənənəvi ailə modeli nə zamandan dəyişdi?

– Sovet dövründə biz qapalı cəmiyyət halında yaşayırdıq, dünyaya çıxışımız yox idi. Amma Sovet İttifaqının süqutu təkcə fiziki yox, həm də mənəvi dəyərlərimizi aldı. Artıq cəmiyyət dünyaya inteqrasiya olduqca başqa ailə modellərini görüb, təqlid etməyə başladı.

İndi də ölkəmizdə ailə böhranları gedir. Buna da yayılan sosial verilişlər, feminizmin təbliği, gender bərabərliyi altında kişi-qadın qarşıdurmasının yaradılması səbəb olur. Nəticədə Azərbaycanda münaqişəli ailələrin sayı çoxalır.

– Bəs deyə bilərik ki, müasirləşmə ailə dəyərlərini aşağı salır, ailə institutunu dağıdır?

– Yox, bütün hallarda bu belə deyil. O qədər müasir düşüncə sahibi olan insanlar var ki, gözəl, dayanıqlı, sabit ailələri var. Mən düşünürəm ki, ailəni sevgi və anlayış üzərində qurduqda, dayanıqlı ailə ola bilir. Müasirləşmək o deyil ki, əxlaqi dəyərləri kənara qoyasan. Sadəcə, düşüncə tərzləri yanlışdır. İşləyib, heç kimdən iqtisadi asılılıq olmayanda düşünürlər ki, artıq özləri üçün yaşaya bilərlər. Amma elə deyil, ailə cəmiyyəti sosial anemiyalardan xilas edir. Həm də insanların özlərini təklikdən, özgələşmədən xilas edir. Ailə hər kəsə lazımdır, lakin hər kəs ailə həyatı qura bilməz.

Heç kim müasirləşməyə qarşı çıxmır. Amma çalışaq ki, Azərbaycanın mənəvi dəyərləri itməsin.

– Üzeyir bəy, iqtisadi asılılıqdan danışdıq. İndiki dövrdə cütlüklər bir-birindən demək olar ki, maddi cəhətdən asılı olmur. Müşahidələr də onu göstərir ki, bu cür hallar bəzi kişilərdə işləməyə olan marağı azaldır. Ümumiyyətlə, işləmək istəmirlər. Bu doğrudurmu? Kişilər niyə işləmək istəmir?

– Bununla tam razılaşmıram. Təbii ki, kişilər də, qadınlar da işləmək istəyir. Amma belə deyim ki, 30 il bundan qabağa qədər tək bizim ölkədə yox, əksər cəmiyyətdə evin yükünü kişi çəkirdi. Əmək bölgüsündə kişi çöl işləri görür, pul qazanır, qadınlar isə uşağa baxır, ev təsərrüfatı ilə məşğul olur. Azərbaycan müstəqillik qazanandan sonra qadınlar iqtisadi fəal, məşğul əhaliyə çevrilməyə başladılar. Və qadınlar üçün imkanlar açıldı. Hətta Nazirlər Kabineti səviyyəsində qadınların xeyrinə fiziki diskriminasiya var idi ki, 674 çox iş sahəsində qadınların işləməsi qadağan idi. Lakin 2 il öncə bu qadağan olunmuş iş sahələri 204-ə endirildi.

Bu tip hadisələr ailə planlaşmasına təsir göstərdi, qadınlar cəmiyyətə günü-gündən inteqrasiya olunmağa başladı. Nəticədə keçmişdə kişilər qadınların iqtisadi aslılığından istifadə edib diktə dili ilə çox danışırdısa, indi hər iki tərəf koordinativ münasibətə keçib. Çoxuşaqlı ailələr geridə qaldı. Qadınlar 1-2 uşaqla kifayətlənib, karyerasına üstünlük verdilər.

Amma bizdən uzaq bir toplum var ki, onlarda bu proses tərsinə keçirilir. Kişilər evdə oturur, qadınlar pul qazanır. Çox şükür ki, bizdə bu tip ailələr yoxdur.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Bu gün, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Bu gün, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
25 iyul 2026, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
25 iyul 2026, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
24 iyul 2026, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
24 iyul 2026, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
24 iyul 2026, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
24 iyul 2026, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Bütün Xəbərlər
24 iyul 2026, 13:45

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

Bütün Xəbərlər
24 iyul 2026, 13:42

Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək

Oxşar xəbərlər