Saatlı rayonunda qanunsuz ov ilə məşğul olan xarici ölkə vətəndaşları saxlanılıb. Bu barədə dekabrın 3-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Araşdırma zamanı saxlanılanlardan 6 nəfərin Küveyt vətəndaşları, 2 nəfərin Bəhreyn vətəndaşları olduğu müəyyən edilib. Eyni zamanda İmişli rayon sakini də saxlanılıb. Təqsirkarlar ümumilikdə 10 352 manat məbləğində cərimə olunub.
Bundan öncə, noyabrın 23-də Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan 11 nəfər saxlanılmışdır. Onlar ümumilikdə 9 800 manat məbləğində cərimə olunmuşdurlar.