Bugün, noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək. “Qarabağ” Kiprin “Omoniya” komandasını qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşmanı FİFA referisi Morten Krox idarə edəcək.
Xatırladaq ki, 4 turdan sonra “Qarabağ” 10 xalla H qrupunun lideridir və pley-off mərhələsində öz yerini təmin edib. Qrupun digər oyununda “Bazel” “Kayrat”ın qonağı olacaq. Bu görüşdə İsveçrə təmsilçisi xal itirsə, Qurban Qurbanovun yetirmələri qələbə qazanacağı təqdirdə qrupda 1-ci yeri özlərinə təmin edəcəklər.