top
“Qarabağ – Azərbaycandır” dediyim üçün məni dövlətə xəyanətdə ittiham etdilər: İşxan Verdyanla ÖZƏL MÜSAHİBƏ
10 mart 2025, 04:48
- +

“Qarabağ – Azərbaycandır” dediyim üçün məni dövlətə xəyanətdə ittiham etdilər: İşxan Verdyanla ÖZƏL MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Erməni əsilli jurnalist İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyib. O, Ermənistanda açıq şəkildə “Qarabağ – Azərbaycandır” dediyinə görə təqiblərə məruz qaldığını və həbs təhlükəsi ilə üzləşdiyini bildirib. Verdyan İnsanoid.com-un suallarını cavablandıraraq sığınacaq tələbinin səbəbləri və Ermənistandakı siyasi basqılar barədə danışıb:

- Siz açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdınız və bundan sonra Ermənistanda barənizdə cinayət işi açıldı. Belə bir açıqlama verməyinizin səbəbi nə idi və niyə bu riski gözə aldınız?

- Hər şey 44 günlük müharibə bitdikdən bir ay sonra, 2020-2021-ci illərin qışında başladı. Facebook-da canlı yayım açıb Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanımalı olduğunu bildirdim. Çünki bu, Ermənistanın müstəqil dövlət kimi qalmasının yeganə yolu idi.

Mən erməni və Azərbaycan xalqları arasında sülhün tərəfdarı kimi çıxış edirdim, liderlər arasında birbaşa dialoqa çağırır, o vaxt Qarabağda yaşayan erməniləri girov saxlayan cinayətkar qruplaşmanı tənqid edirdim.

Bütün fəaliyyətim boyu həmişə bu mövqedən çıxış etmişəm. Mənə qarşı cinayət işi açan Ermənistanın Milli Təhlükəsizlik Xidməti sosial şəbəkələrdəki çıxışlarımın sitatlarını toplayıb mənə cinayət materialı kimi təqdim edib.

Oxuculara bildirmək istəyirəm ki, mənə qarşı dövlətə xəyanət ittihamı məhz belə ifadələrə görə irəli sürülüb:


  • "Qarabağ – Azərbaycandır"

  • "Qarabağ hüquqi subyekt deyil" və s.


Bu, aşkar həqiqətdir. Paşinyan komandasının üzvləri də ara-sıra bu fikirləri səsləndirsələr də, mənim çıxışım elə özümə qarşı ittihama çevrildi. Bunun necə baş verdiyini anlamıram. Amma hadisələr qeyd etdiyim kimi inkişaf edib.

- Ermənistan hakimiyyəti sizi ömürlük həbs cəzasına məhkum etmək istəyir. Sizcə, məsələ yalnız fikirlərinizlə bağlıdır, yoxsa onlar üçün daha ciddi siyasi təhlükə yaradırsınız?

- Əslində, cinayət işində mənim açıq çıxışlarım və fikirlərimdən başqa heç nə yoxdur.

Bundan əlavə, 44 günlük müharibə zamanı Ermənistan ordusunu tənqid etdiyim iddia olunur. Amma bu, tamamilə yalandır. Çünki mən Facebook sosial şəbəkəsində müharibə başa çatdıqdan bir ay sonra səhifə açmışam.

Beləliklə, bu saxta məlumatlar və siyasi fikirlər guya cinayət işinin əsasını təşkil edib.

Qeyd edim ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiya proqramında iştirak etmək istəyimi bildirdikdən dərhal sonra mənə qarşı cinayət işi  açılıb. Azərbaycan hökuməti bu proqramı elan etmişdi.

Bu, "qırmızı xətt" oldu. Ona görə də Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Facebook”dakı çıxışlarımı daha böyük siyasi təhlükə hiss edib.

- Siz Azərbaycan Prezidentinə siyasi sığınacaq üçün müraciət etdiniz. Bu qərarı verməyə sizi hansı amillər vadar etdi və gələcəyinizi Azərbaycanda necə görürsünüz?

- Azərbaycan Prezidentinə müraciət etməyimə səbəb, Ermənistanın baş nazirinin cinayət işimlə tanış olması və ona xitam verməkdən imtina etməsi olub.

Hətta ona belə bir arqument gətirdim:
"Məni məhkəməyə verirsiniz, halbuki eyni sözləri siz də deyirsiniz."

Paşinyanla ünsiyyəti özəl yazışma vasitəsilə qurmuşdum və o, mənə açıq şəkildə dedi ki, hər halda həbs olunacağam, qalanını isə məhkəmə həll edəcək.

Bu isə o demək idi ki, Ermənistana qayıtmaq mənim üçün artıq mümkün deyil. Üstəlik, məni beynəlxalq axtarışa verdikləri üçün digər ölkələrə də gedə bilməzdim.

Mənə iki seçim qalırdı:


  1. Paşinyanın məni Türkiyədən ekstradisiya etməsini gözləmək;

  2. Azərbaycandan siyasi sığınacaq istəmək.


- Ermənistanda sizin mövqeyinizi bölüşən, lakin bunu açıq şəkildə ifadə etməkdən qorxan insanlar varmı? Sizcə, hakimiyyət ölkədə fərqli düşüncələrlə necə mübarizə aparır?

- Mən Ermənistanda yaşayan və "Qarabağ – Azərbaycandır"  fikrini açıq şəkildə səsləndirən heç kəsi tanımıram.

Bu cür alternativ fikrə malik olan az sayda insan var və onların hamısı Ermənistandan kənarda yaşayır.

Ölkə daxilində bu mövzu tabu sayılır və onun keşiyində Ermənistanın Milli Təhlükəsizlik Xidməti durur.

- Sizcə, Ermənistan rəhbərliyi Qarabağla bağlı reallığı nə zaman tamamilə qəbul etməyə məcbur olacaq? Bu prosesi necə görürsünüz?

- Əslində, indiyə qədər elə çox hadisə baş verib ki, onların hər biri Ermənistan rəhbərliyini reallığı qəbul etməyə məcbur etməli idi.

Lakin gördüyümüz kimi, heç nə dəyişmir və biz hər dəfə eyni yerə qayıdırıq.

Əksinə, əminəm ki, Ermənistanın fiziki zəifliyi və Azərbaycana qarşı gücsüz olması erməni siyasətçilərinin məhz bu vəziyyətlə barışmasına səbəb olub.

Açıq şəkildə müxtəlif bəyanatlarında bunu parlamentin spikeri Alen Simonyan da vurğulayıb. Onun ən son çıxışlarından birində deyilir:

"Bizə kömək etmədilər, zəif idik, ona görə uduzduq."

Bu o deməkdir ki, əgər Ermənistanın gücü çatsaydı, Simonyan Qarabağı geri qaytarmağa çalışardı.

Bu, Paşinyanın ətrafındakı digər məmurların da fikirlərindən çıxan aydın nəticədir.

Ona görə də "Ermənistanda düşüncə dəyişikliyi üçün nə baş verməlidir?" sualı milyon dollarlıq sualdır.

Amma "Paşinyan siyasətini nə vaxt dəyişəcək?" sualına riyazi cavab vermək olar:


  • Paşinyan fikrini ancaq səhvlərinə görə Ermənistanın kifayət qədər böyük ziyana düşdüyünü gördüyü an dəyişir.

  • Yəni onun siyasətində dəyişiklik sürəti, ölkənin onun səhvlərindən aldığı ziyanla düz mütənasibdir.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
25 iyul 2026, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
25 iyul 2026, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
24 iyul 2026, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
24 iyul 2026, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
24 iyul 2026, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
24 iyul 2026, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Bütün Xəbərlər
24 iyul 2026, 13:45

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

Bütün Xəbərlər
24 iyul 2026, 13:42

Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək

Bütün Xəbərlər
24 iyul 2026, 13:40

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:37

"İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib

Bütün Xəbərlər
24 iyul 2026, 13:06

Kukurelyanın saçları sadəcə imici deyil – bir atanın övladına sevgisinin simvolu

Oxşar xəbərlər