Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Qarabağa yanğınsöndürmə briqadası göndərib. Bu barədə 26 sentyabr tarixində Report Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına istinadən məlumat verib.
Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən yanğın hələ də davam edir.
15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.
"Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq", - məlumatda vurğulanıb.
[gallery link="file" columns="2" size="full" ids="132697,132703"]