Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsi Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilib. Bu barədə 26 sentyabr tarixində Report xəbər verib.
Dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb. Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə göndərilib.
Yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.
Bundan öncə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yüklü iki avtomobil Qarabağa yola salınmışdı.