Gələn ildən abonentlər qaz pulunu smart-kart tipli sayğacların hesabına onlayn yükləyə biləcəklər. Bu haqda noyabrın 26-da “Azəriqaz”ın nümayəndəsi Ruslan Əliyev məlumat verib.
Onun sözlərinə əsasən, köhnə smart-kart tipli sayğaclar “card reader” ilə əlaqələndiriləcək. “Card reader”in proqram təminatı “Azəriqaz” tərəfindən təmin ediləcək.
Bu “card reader”ləri ASAN Xidmət Mərkəzlərindən və yaxud texnologiyalar satılan mağazalardan əldə etmək mümkün olacaq.
“Yeni proqramı abonent mobil telefona və ya kompüterə yükləyərək istənilən qaz kartına ödəniş edə biləcək”, - deyə R. Əliyev vurğulayıb.