Bakıda qonşusunu bıçaqlayaraq qətlə yetirən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə aprelin 15-də Report məlumat verib.
Hadisə 2021-ci ilin oktyabr ayında Suraxanı rayonunda baş verib. 1993-cü il təvəllüdlü şəxs aralarında yaranan mübahisə zamanı 1978-ci il təvəllüdlü qonşusuna bıçaqla xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlərdən dünyasını dəyişib. Şübhəli şəxs tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.