Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov türk dövlətlərindən olan həmkarları ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə 26 sentyabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, nazirlərin növbəti toplantısı gələn il Qazaxıstanda keçiriləcək.