Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb. Bu barədə 27 iyul tarixində APA məlumat verib.
Qudyalçaya gələn güclü sel çayın kənarları ilə bərabər, Küpçalqışlaq kəndinin əsas yolunu uçurub. Eyni zamanda çayın kənarında olan yüksək gərginlikli elektrik xətləri də aşıb.
Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yol axtarılır.