Bu gün Qusarda əmək yarmarkası keçirilib. Bu barədə 21 iyun tarixində APA məlumat verib.
Tədbirdə 23 müəssisə tərəfindən 443-dən çox vakansiya təqdim olunub. Onların 19-u özəl, 4-ü dövlət müəssisəsidir. Təklif edilən əməkhaqqı 300-2 000 manat arasında dəyişir.
Qeyd edək ki, bundan öncə əmək yarmarkaları Sumqayıtda, Lənkəranda, Qəbələdə və Şamaxıda təşkil edilib.