Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
İnsanoid.com xəbər verir ki, turistləri daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfəri Azərbaycan, 5 nəfəri isə, Pakistan vətəndaşlarıdır.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.