İran işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır. Bu haqda 11 mart tarixində Report-a qonşu ölkənin Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, bu layihə bu gün Bakıda keçirilən Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında elan ediləcək.
Diplomat bildirib ki, İranın Qarabağla bağlı digər layihələri də var.