İrandan Azərbaycana 6 kiloqrama yaxın narkotik gətirməkdə təqsirləndirilən şəxsə dekabrın 3-də məhkəmə cəza verib. Hökmə əsasən, Elmin Quliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayətkar Abşeron rayon Masazır qəsəbəsində narkotik satarkən saxlanılıb. Baxış zamanı onun üzərindən 2,4 kiloqram heroin, 3,1 kiloqram metamfetamin, 470 qram tiryək, 3 ədəd elektron tərəzi və 4400$ məbləğində saxta pul tapılıb.
Sözügedən şəxsə qarşı “külli miqdarda narkotik vasitə əldə etmə, satma” və “qaçaqmalçılıq” maddələri ilə ittiham irəli sürülüb.
2021-ci ilin 10 ayı ərzində narkotiklərin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi ilə bağlı 286 fakt aşkar olunub. Ümumilikdə müvafiq dövr ərzində 6 tona yaxın narkotik dövriyyədən çıxarılıb.