Rusiyanın “RİA Novosti” xəbər portalı Azərbaycanda bloklanıb. Bu barədə iyunun 4-də İnsanoid xəbər verir.
Ölkədə həmin sayta daxil olmaq mümkün deyil. Sosial şəbəkələrdə yayılan məlumata görə, sözügedən agentlik vaxtaşırı Azərbaycan haqda təxribat xarakterli xəbərlər yayımlayır.
İddia edilir ki, saytın bloklanması qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı məlumatların paylaşması ilə bağlıdır.
[gallery link="file" columns="1" size="full" ids="51491"]