top
Rusiyanın Odessada SOCAR-ın bazasına raket zərbəsi Moskvanın Azərbaycana qarşı təzyiq siyasətinin tərkib hissəsidir - RƏY
08 avqust 2025, 11:42
- +

Rusiyanın Odessada SOCAR-ın bazasına raket zərbəsi Moskvanın Azərbaycana qarşı təzyiq siyasətinin tərkib hissəsidir - RƏY

Rusiyanın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına hücumu Azərbaycana qarşı son aylarda intensivləşən təzyiq siyasətinin tərkib hissəsidir.

Bunu Report.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

O qeyd edib ki, “Şahed” pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum təsadüfi hesab oluna bilməz:

“Bu, xüsusilə Azərbaycana qarşı yönəlmiş bir addımdır. Hətta ölkəmizə qarşı Rusiyanın son aylarda intensivləşən təzyiq siyasətinin tərkib hissəsidir”.


Ekspert diqqətə çatdırıb ki, Rusiya bununla Azərbaycanın müstəqil xarici siyasətindən, o cümlədən enerji siyasətindən narahat olduğunu ortaya qoyur:



“Son aylarda Rusiya bir-birinin ardınca Azərbaycana qarşı yönələn müəyyən addımlar atır. Bu isə nəticədə iki ölkə arasında münasibətlərin gərginləşməsinə, ciddi problemlərin yaranmasına gətirib çıxarır. Ancaq bilmək lazımdır ki, edilən təzyiqlər müxtəlif formalarda olsa da, nəticə verməyəcək. Azərbaycan tutduğu mövqedə qərarlı və qətidir. Azərbaycanın siyasəti hər hansı bir ölkəyə qarşı deyil, yalnız milli maraqların həyata keçirilməsinə əsaslanır. Ölkəmiz güclüdür, haqlıdır, qalibdir. Ərazi ölçüsündən asılı olmayaraq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz, bunu Rusiyadakı hakim dairələr nə qədər tez anlasalar, bir o qədər öz xeyirlərinə olar”.

Xatırladaq ki, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub. Zərbələr nəticəsində 4 nəfər ağır yaralanıb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
Dünən, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
Dünən, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
Dünən, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
Dünən, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
Dünən, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
Dünən, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Bütün Xəbərlər
Dünən, 13:45

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

Bütün Xəbərlər
Dünən, 13:42

Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək

Bütün Xəbərlər
Dünən, 13:40

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Bütün Xəbərlər
Dünən, 13:37

"İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib

Bütün Xəbərlər
Dünən, 13:06

Kukurelyanın saçları sadəcə imici deyil – bir atanın övladına sevgisinin simvolu

Bütün Xəbərlər
Dünən, 12:23

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:07

Özgür Özel və 90 millət vəkili CHP-dən istefa verib, yeni partiya təsis edilib

Bütün Xəbərlər
Dünən, 11:18

8 illik düşmənçilik bitdi: Xəyanətə görə boşanan məşhur cütlük uşaqları üçün barışdı

Bütün Xəbərlər
Dünən, 11:07

Binədə iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bütün Xəbərlər
Dünən, 10:57

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 10:45

Liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi qapalı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 10:26

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:14

NYT: Pentaqon İranla müharibədə həlak olanların sayını qəsdən azaldıb

Bütün Xəbərlər
Dünən, 09:02

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Bütün Xəbərlər
23 iyul 2026, 18:00

Ağalarovun şirkəti "Crocus City Hall"a görə 36,5 milyon manat tələb edir

Bütün Xəbərlər
23 iyul 2026, 16:30

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

Bütün Xəbərlər
23 iyul 2026, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Oxşar xəbərlər