“Sədərək” ticarət mərkəzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 2 şəxs saxlanılıb. Bu barədə dekabrın 24-də Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazaların birində Bakı şəhər sakinləri pirotexnika satışı ilə məşğul olublar.
Onlar barəsində “istehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)” maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Bununla yanaşı, eyni gündə Qazaxda mağazaların birindən 26 306 ədəd pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma davam edir.