Azərbaycanda indiyədək sənaye zonalarında 9500-dək yeni iş yeri yaradılıb. Bu barədə 10 dekabr tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyevə istinadən APA deyib.
Məlumata əsasən, həmin zonalara sahibkarlar tərəfindən 6,2 milyard manatdan çox investisiya yatırılıb. Elşad Nuriyevin sözlərinə görə, mövcud layihələr üzrə 2 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulub. O qeyd edib ki, sözügedən zonalarda indiyədək istehsal olunan 5 milyard manatlıq məhsulun 28%-i, yəni 1,4 milyard manatlıq hissəsi ixrac olunub.
Hazırda ölkədə 7 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir.