Ölkə ərazisində yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb. Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən Trend 25 dekabrda məlumat verib.
Məlumata əsasən, gün ərzində nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb. Quba RPŞ-nin əməkdaşları yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə köməklik göstəriblər.
Yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.