Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Bu barədə 4 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.