Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq, nisbətən yüksək ərazilərdə qara keçəcək.
Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 3°-dək isti, gündüz 3-5° isti olacaq.
Rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-3° şaxta olacaq.