Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 9-14°, gündüz 17-22°, dağlarda gecə 1-6°, gündüz 6-11° isti olacaq.