Sabah, dekabrın 4-də paytaxtda ümumşəhər sanitar - təmizlik günü keçiriləcək. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib.
Gün ərzində paytaxtın prospekt və küçələri yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək. Qurum şəhər sakinlərini təmizlik işlərində fəal olmağa çağırır.