Sabah, aprelin 19-da Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edəcək. Bunu Qırğız Respublikası Prezidentinin mətbuat xidməti açıqlayıb.
Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə aprelin 19-20-də Bakıda səfərdə olacaq. Səfər çərçivəsində dövlət başçılarının ikitərəfli danışıqları nəzərdə tutulub.
Bundan əlavə, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüş planlaşdırılır.
Ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində baş tutacaq səfər çərçivəsində bir sıra sənədlərin imzalanması da gözlənilir.