Sabah, dekabrın 27-də İmişli rayonunda tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Report məlumat yayıb.
Saat 11:00-dan etibarən qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə təmir işlərinə başlanılacaq.
“Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır”, - məlumatda qeyd olunub.