Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyası (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.
Bu barədə 12 sentyabr tarixində Ombudsman Aparatı məlumat yayıb.
İclasda çıxışı zamanı Səbinə Əliyeva AOA-nın vitse-prezidenti vəzifəsinə seçilməsində göstərdikləri etimada görə Assosiasiyanın üzvlərinə öz təşəkkürünü bildirib.