Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə və narkotik bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda martın 12-də APA məlumat yayıb.
Saxlanılan şəxs əvvəllər məhkum olunmuş Suqovuşan kənd sakinidir.
Onun evindən 3 kiloqram 112 qram marixuana, dibçəklərdə 1045 ədəd çətənə kollarının ştilləri, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb.