Sabirabad rayonunun Qaratəpə kəndində yanğın hadisəsi baş verib. Bu barədə 21 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, birmərtəbəli evin 1 otağının və mətbəxinin qamışdan ibarət 50 m² sahədə tavanı və qismən ev əşyaları yanıb.