Sabirabad rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə dekabrın 23-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, dekabrın 21-də rayon ərazisində yerləşən postda Gəncə sakininin idarə etdiyi “VAZ-2106” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları sürücünün narkotik vasitə qəbul etdiyini müəyyən edib. Onun barəsində inzibati qaydada protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə sözügedən şəxs 9 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, 2021-ci ilin 9 ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü saxlanılıb.