Sabirabadda qatarla traktor toqquşub. Bu barədə 9 sentyabr tarixində APA məlumat verib.
Hadisə Sabirabad rayonunun Xəlfəli kəndində qeydə alınıb. Qorunmayan dəmiryolu xəttini keçən traktoru qatar vurub. Nəticədə traktorun sürücüsü, 1988-ci il təvəllüdlü Xəlfəli kənd sakini Hümbətov Bəhruz Əliyusif oğlu hadisə yerində ölüb.
Faktla bağlı xətt polisində araşdırma aparılır.
[gallery link="file" size="full" ids="128896,128897,128898"]