Şabran rayonunun “Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə 24 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qanunsuz ov edən Sumqayıt şəhər sakini Emil Əliyev və Siyəzən rayon sakini Məhəmməd Nağıyev saxlanılıblar. Adıçəkilən şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.