Sədərək rayonunda məktəblini avtomobil vurub. Bu barədə 26 sentyabr tarixində APA məlumat verib.
Hadisə bu gün səhər saatlarında Sədərək rayonunda qeydə alınıb. Avtomobil məktəbin qarşısından yolu keçən 2016-cı il təvəllüdlü Əliyeva Sevgi Həsən qızını vurub.
Xəsarət alan azyaşlı təcili olaraq, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan S.Əliyevanın vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.