18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgiləri keçiriləcək. Bu barədə 5 may tarixində KOBİA-nın rəsmi səhifəsində məlumat verilib.
Sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar və avadanlıqlar nümayiş olunacaq. Sərgidə dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıların, ixracatçıların, distribüterlərin, satış təmsilçilərinin iştirakı gözlənilir.
Sərgilərdə məhsullarını təqdim etmək istəyən mikro, kiçik və orta biznes subyektləri (KOB) müvafiq formanı dolduraraq 10 may 2022-ci il tarixinədək KOBİA-ya müraciət edə bilərlər.
Qeyd edək ki, KOBİA-nın stendində sahibkarlar üçün ödənişsiz yer ayrılacaq, sərgilər çərçivəsində onların biznes əlaqələrini genişləndirməsi üçün görüşlər təşkil ediləcək.