Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları həmin ərazidə tapılan Elmar İnqilab oğlu Məmmədov dəfn edilib. Bu barədə 30 sentyabr tarixində Report məlumat verib.
Şəhidin meyitinin qalıqları Şamaxı rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Elmar Məmmədovun iki oğlu var və onlar Bakı şəhərində yaşayırlar.
Qeyd edək ki, Məmmədov Elmar İnqilab oğlu 1967-ci il may ayının 25-də Bakı şəhərində anadan olub. O, 1992-ci il yanvar ayının 26-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşüb. Şuşanın Daşaltı kəndi düşmən işğalından azad olunduqdan sonra orada kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarının birinin Elmar Məmmədova aid olduğu təsdiqlənib.
[gallery link="file" size="full" ids="133243,133242,133241"]