2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil və elmi müəssisələrə qəbul elan edilib. Bu haqda aprelin 15-də Nazirlik məlumat yayıb.
Sənəd qəbulu üçün vətəndaşlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat bu gündən başlayır.