Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev bu gün Türkiyəyə gedib. Bu barədə İnsanoid AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə istinadən bu gün, 7 sentyabr tarixində xəbər verir.
O bildirib ki, qapıçı AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə oyun ərəfəsində yığmanın düşərgəsini tərk edib və axşam saatlarında Bakıya qayıdacaq.
29 yaşlı qolkiper Superliqa klubu “Adana Dəmirspor”la müqavilə bağlayacaq.
“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik sazişə qol çəkməsi gözlənilir.