Tanınmış azərbaycanlı şair və musiqiçi Zəhra Bədəlbəyli Azərbaycan vətəndaşlarının Fransa Senatına və xalqına ünvanladığı petisiyanı dəstəkləyib. Bu barədə oktyabrın 20-də İnsanoid xəbər verir.
Zəhra xanım oktyabrın 19-u öz İnstagram səhifəsində “300 min imza lazımdır! Gəlin buna bir yerdə çataq” yazısı ilə petisiyanı dəstəkləyib və izləyicilərini onu imzalamağa çağırıb.
Zəhra Bədəlbəyli — azərbaycanlı aktrisa, şair və pianoçudur. O, 28 aprel 1983-cü ildə Bakı şəhərində anadan olub.
Zəhra xanım ilk şeirini Bülbül adına orta ixtisas məktəbində təhsil alarkən yazıb. O, “Təzahür sonsuzluğunun arxasında” və “Sənin əllərində” adlı şeir kitablarının müəllifi, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Zəhra xanım Bədəlbəyli və bütün vətəndaşlarımıza bu təşəbbüsə dəstək olduqlarına görə dərin minnətdarlığımızı bildiririk!
Petisiyanın azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın TÜRK dilində imzalanma qaydası
Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq
View this post on Instagram