Bakıda piyadalar üçün nəzərdə tutulan yolda hərəkət edən sürücü cərimələnib. Bu barədə 26 sentyabr tarixində APA məlumat verib.
Hadisə Bakının Nəsimi rayonunda, Zərifə Əliyeva küçəsində baş verib.
Məlumata görə, 90-ZB-616 dövlət nömrə nişanlı, BMW markalı avtomaşının sürücüsü barəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan yolla hərəkət etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.
[playlist type="video" tracklist="false" ids="132728"]