Şamaxı-Padarçöl yolunun Göylər kəndi ərazisində taxılbiçən kombaynın aşması nəticəsində sürücü ağır yaralanıb. Bu haqda aprelin 18-də APA məlumat yayıb.
Hal-hazırda komaya düşən sürücü Bakı şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.