2022-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil etmişdir. Bu barədə 4 may tarixində Bakı Şəhər Statistika İdarəsi məlumat verib.
Hesabata əsasən, sənaye məhsulunun 84,8%-i mədənçıxarma, 12,9%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorlarında istehsal olunub.
Qeyd olunub ki, sənayedə qeyri-dövlət sektorunun payı 90,3% təşkil edib.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2022-ci il vəziyyətinə 519,6 milyon manatlıq hazır məhsul ehtiyatı mövcuddur.