İrandan Azərbaycana 27 kiloqrama yaxın narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin keçirilməsinin qarşısı alınıb. Bu haqda mayın 5-də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Belə ki, mayın 1-i saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində əllərində 2 ədəd bağlama olan 2 nəfər müşahidə edilib. Onlar “Dayan” əmrinə tabe olmayıblar və hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Bağlamalara baxış zamanı 2 kiloqrama yaxın tiryək, 4 kiloqrama qədər heroin, 17 kiloqram qurudulmuş marixuana və 3 kiloqram metamfetamin tapılıb. Həmçinin 20 ədəd psixotrop tərkibli “metadon-40” həbləri aşkar olunaraq götürülüb.
Bundan əlavə, mayın 2-də həmin rayonun Yağlıvənd kəndində İrandan gələn sərhəd pozucusu aşkar edilib. Onun üzərindən 295 qram metamfetamin və 500 ədəd “metadon-40 tapılıb.
Faktla bağlı araşdırma davam edir.