Avqustun 9-dan Azərbaycanda peyvəndlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"nın verilməsinə başlanılır.
Sertifikat almaq üçün vətəndaş ərazi üzrə poliklinikaya müraciət etməlidir. Poliklinika həmin şəxsin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir. Komissiyanın rəyinə əsasən vətəndaşa “Əks göstəriş sertifikatı” verilir.
Vaksinasiyadan əlavə, COVİD-19-dan qorunmaq üçün sosial məsafə saxlanılmalı, maskalardan istifadə və əl gigiyenası qaydalarına riayət olunmalıdır.
Azərbaycanda vətəndaşların koronavirusa qarşı vaksinasiyasına 2021-ci ilin 18 yanvar tarixindən başlanılıb.