Bakıda mənimsəmədə təqsirləndirilən Fariz Orucova hökm oxunub. Bu barədə Report mayın 5-də məlumat yayıb.
O, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttiham aktına əsasən, F .Orucov "Trion Trade" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, 3 sentyabr 2019-cu il tarixdən 15 yanvar 2021-ci il tarixədək olan dövr ərzində şirkətin 15 849 manat məbləğində pulunu mənimsəyib.