Şirvanda sakindən “Makarov” markalı tapança götürülüb. Bu barədə 19 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş İlham İsmayılov saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.